Keçid linkləri

2025, 15 İyun, bazar, Bakı vaxtı 00:05

Liviyadakı silahlı birləşmə və qruplar buraxılır


Liviya rəhbərliyi dövlətin nəzarətində olmayan bütün hərbi birləşmələr və könüllü dəstələrin buraxılması barədə qərar qəbul edib.

Bunu şənbə günü axşam parlamentin sədri Mohammad al Megarif bəyan edib.

Həmçinin keçmiş üsyançılardan yaradılmış ordu və daxili qoşunların birləşdirilməsi qərara alınıb.

Şənbə günü iki tanınmış islamçı qrup-“Ansar al Sharia” və “ Abu Slim” qrupları silahı yerı qoymağa hazır olduqlarını bildirərək Derna şəhərindəki bazanı tərk ediblər.

Cümə günü Benqazi şəhərində radikal islamçılara qarşı keçirilmiş atiraz aksiyası azı 10 nəfərin ölümü ilə nəticələnib.

“Ansar al Sharia” qrupu sentyabrın 11-də Benqazidəki ABŞ konsulluğuna edilmiş hücumun təşkilində şübhəli bilinir.

Bu hücum zamanı ABŞ-ın bu ölkədəki səfəri Christoper Stevens də daxil olmaqla 4 ABŞ diplomatı ölüb.
XS
SM
MD
LG