Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:17

Elmar Məmmədyarov ABŞ-a gedir


-
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirak etmək üçün sentyabrın 24-də ABŞ-a gedəcək.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Səfər çərçivəsində E.Məmmədyarovun İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin illik iclasında, həmçinin GUAM-a üzv ölkələrin xarici işlər nazirlərinin iclasında iştirakı nəzərdə tutulur.

Sentyabrın 28-də E.Məmmədyarovun BMT-nin Baş Assambleyasında çıxışı planlaşdırılır.
XS
SM
MD
LG