Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:00

Azərbaycan yığması dünya çempionatına məğlubiyyətlə başladı

Sentyabrın 22-də Azərbaycanda 17 yaşadək futbolçu qızlar arasında dünya çempionatı başlayıb.   Oktyabrın 13-nə qədər davam edəcək çempionatda 16 ölkə yarışacaq.   Çempionat üçün 6 stadion ayrılıb. Bunların 5-i Bakıda, 1-i isə Lənkəranda yerləşir.   AzadlıqRadiosunun əməkdaşları Tofiq Bəhramov adına Respublika Stadionundan xəbər verirlər.

10:44 22.9.2012

FIFA U-17 Qadınlararası Dünya Çempionatı ilk dəfə olaraq 2008-ci ildə Yeni Zelandiyada keçirilib.

Finalda Şimali Koreya və ABŞ qarşılaşıb. Oyun Şimali Koreyanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

11:29 22.9.2012

Sayca ikinci FIFA U-17 Qadınlararası Dünya Çempionatı Trinidad və Tobaqoda keçirilib.

Finalda Cənubi Koreya Yaponiya üzərində qələbə çalaraq dünya çempionu olub.

Davamı

XS
SM
MD
LG