7 saylı cəzaçəkmə müəssisəsində Azərbaycan Dövlət Musiqili Komediya Teatrının kollektivi tərəfindən məhkumlar üçün «Ağlamaq qadağandır» adlı tamaşa nümayiş etdirilib.
Xəbəri AzadlıqRadiosuna Musiqili Komediya Teatrının mətbuat katibi Ağca Muxtarova verib.
Rolları xalq artisti Fatma Mahmudovanın, əməkdar artistlər Xanım Qafarova və Çingiz Əhmədovun, aktyorlar Novruz Əliyev, Elvin Əliyev, Möylə Mirzəliyev, Ülviyyə Əliyeva, Əliməmməd Novruzov, Məhərrəm Qurbanov və Nigar Qarayevanın, baletmeyster Zakir Ağayevin rəhbərliyi ilə balet truppası ifa edib.
Xəbərdə vurğulanır ki, Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayev belə sosial layihələri gələcəkdə də davam etdirəcəklərini bildirib.