Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:08

Xəzər dənizinin sahil zolağında iməciliklər keçiriləcək


BMT-nin qəbul etdiyi qərara uyğun olaraq 1978-ci ildən etibarən hər il sentyabr ayının sonuncu həftəsi Beynəlxalq Dəniz Günü kimi qeyd olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 24-30 sentyabr «Xəzər həftəsi» çərçivəsində Xəzər dənizinin Azərbaycana mənsub 955 kilometrlik sahil zolağında-Nabran, Sumqayıt, Bakı, Neftçala, Lənkəran şəhər və rayonlarının ərazilərində vətəndaşların, yerli icra strukturlarının, təhsil müəssisələrinin iştirakı ilə iməciliklərin keçirilməsi nəzərdə tutulub.

Həmçinin dəyirmi masaların keçirilməsi, Xəzərin bioresurslarının artırılması istiqamətində Azərbaycan hökuməti tərəfindən görülmüş işlər barədə iştirakçıların məlumatlandırılması gözlənilir.
XS
SM
MD
LG