Keçid linkləri

2017, 28 Aprel, Cümə, Bakı vaxtı 06:38
-

“Qadınlararası dünya çempionatının bir hissəsi olmaqdan şərəf duyuram”. Bunu Bakıda çıxış edəcək tanınmış müğənni Jennifer Lopez öz internet səhifəsində yazıb.

Müğənni qarşıdan həftəsonunu Bakıda keçirmək üçün yola çıxdığını qeyd edib:

“Bu, mənim Azərbaycana ilk səfərimdir. Dünyanın hər yerindən güclü və insanı ruhlandıran xanımların iştirak etdiyi idman çempionatının bir hissəsi olmaqdan şərəf duyuram”.

Jennifer Lopez Bakıya sentyabrın 21-də gələcək. Müğənni sentyabrın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “FİFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012”-nin rəsmi açılışı mərasimində çıxış edəcək. Sentyabrın 23-də isə o, “Baku Crystal Hall” səhnəsində solo-konsert verəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG