Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:17

Obama ABŞ vətəndaşlarını müdafiə etməyə çağırdı


ABŞ prezidenti Barack Obama müsəlman ölkələrini həmin ölkələrdəki ABŞ vətəndaşlarının müdafiəsi üçün əlavə tədbirlər görməyə çağırıb.

Obama bu çıxışını CBS telekanalında edib.

Məhəmməd peyğəmbərin təhqir olunduğu “Müsəlmanların məsumluğu” filmi internetdə yayılandan sonra müxtəlif ölkələrdə etiraz aksiyaları, qarşıdurmalar başlayıb.

Həmin qarşıdurmalar nəticəsində 19 adam ölüb. Onlardan 4-ü ABŞ vətəndaşıdır.
XS
SM
MD
LG