ABŞ-da Respublikaçıların prezidentliyə namizədi Mitt Romney-in söhbətlərinin yer aldığı gizli video çəkilişlərdən biri də internetdə peyda olub. Videoda Romney fələstinliləri ittiham edir, deyir ki, onlar İsraillə sülh istəmirlər və İsrailin dağıdılması və məhvindən başqa bir şey maraqlandırmır.
Mother Jones jurnalının internet saytında yerləşdirilən videoda Romney Yaxın Şərq böhranının iki dövlət prinsipi ilə həllinin mümkün olmadığını deyir, İsrailin işğal etdiyi torpaqları qaytarması üçün onlara təzyiq göstərməyə ehtiyac görmədiyini bildirir.
Sentyabrın 17-də isə may ayında çəkildiyi bildirilən başqa bir video internetə sızmışdı. Həmin videoda Romney imkanlı donorlarına deyirdi ki, Barack Obamanı dəstəkləyənlər hökumətdən asılı olanlardır və Romney belələrini düşünmür də.