Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

İngiltərə kraliçasının gəlini - Kate Middltonun çılpaq şəkilləri yığışdırılacaq


Fransa məhkəməsi sentyabrın 18-də Britaniya şahzadəsi Williamın həyat yoldaşı Kate Middltonun qalmaqallı – yarımçılpaq şəkillərinin çap olunduğu jurnalların yığışdırılması barədə qərar verib.

Fransanın “Closer” jurnalı ötən həftə Kate Middltonun çimərlik hovuzu önündə ailəvi istirahət zamanı paparatzinin icazəsiz çəkdiyi 14 fotosunu dərc eləmişdi. Jurnalın sahibi İtaliyanın keçmiş baş naziri Silvio Berlusconidir.

Britaniya kral ailəsinin vəkili deyir ki, fotolarda ictimaiyyətə çıxarılmamalı “çox intim məqamlar” əks olunub. Kral ailəsi həm jurnal, həm də hələlik kimliyi bəlli olmayan fotoqraf əleyhinə cinayət işi qaldırılmasını istəyirlər. Məhkəmənin qərarı ilə jurnal şəkilləri 1 sutka ərzində kral ailəsinə təhvil verməlidir.
XS
SM
MD
LG