Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:23

Məmurlara korrupsiya fəlsəfəsi dərsi keçiləcək


Arxiv foto.
Arxiv foto.
-

Rusiya prezidentinin administrasiyası Şimali Qafqaz, Ural, Sibir və Volqa federal dairələrində məmurlara korrupsiyadan fəlsəfə kursları keçilməsi qərarına gəlib. Rusiya mediasının xəbərinə görə məmurlar dövlət idarəetməsi, sənədlər dövriyyəsi, milli zəmində toqquşmalar və həmçinin korrupsiya ilə mübarizəyə dair mühazirələrə cəlb olunacaqlar.

Xüsusilə Ural və Volqa dairələrində məmurlara korrupsiya psixologiyası, rüşvətin Rusiyada sosial-fəlsəfi problemləri izah ediləcək.

Şimali Qafqaz dairəsindəki məmurlar üçün isə ayrıca milli zəmində toqquşmalar və dövlət məmurunun imici mövzusunda mühazirələr sifariş verilib.

Prezident Administrasiyasındakı məmurlar üçün “elektron demokratiya” adlı dərslər keçiləcək. Bu dərslərdə onlara sosial şəbəkələr, siyasi kommunikasiya və təbliğat, bloq məkanının xüsusiyyətləri öyrədiləcək. Kreml məmurlarına həmçinin dövlət orqanlarının internet saytlarının yaradılması qaydaları izah ediləcək.
XS
SM
MD
LG