Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:34

Kafkanın “Məhkəmə” romanı Azərbaycan dilində


-

“Qanun” nəşriyyatı 20-ci əsrin ən böyük yazıçılarından sayılan Frans Kafkanın “Məhkəmə” romanını Azərbaycan dilində çap edib.

Zavallı bəşər övladının dərkolunmaz sirli qüvvələr qarşısında acizliyi, həmişə onların qurbanına çevrilməsi “Məhkəmə” (1914) romanının əsas ideyasını təşkil edir.

...Otuz yaşı tamam olan günü, heç bir günah işlətməsə də, vicdanlı, işgüzar bank məmuru Yozef K. həbs olunur və iş gedib məhkəməyə çıxır. Yozef K. günahsız olduğunu bilsə də, baş verənlərə soyuqqanlılıqla yanaşmağa çalışsa da, bu xəbərdən sonra nə yaşadığı evdə, nə də işdə rahatlıq tapa bilmir, daim bu gizli, qeyri-adi məhkəmə barədə düşünür.

Sirli məhkəmə çoxmərtəbəli bir binanın çardağında yerləşir, işçilərinin, eləcə də mühakimə etdiyi adamların sayı-hesabı yoxdur.

Burada hamı günahkardır və heç kəsin günahı üzünə oxunmasa da, hamı cəzasını çəkməlidir. İlk günlər bu məhkəmədən lap tezliklə canını qurtaracağına əmin olan Yozef yalnız özünü müdafiə etməklə kifayətlənmir, oradakıları cəsarətlə tənqid edir, “qanun keşikçilərini” qanunsuzluqda günahlandırır.

Lakin daxilində baş qaldırmış etiraz hissləri tədricən zəifləməyə başlayır və o da axırda bu müəmmalı məhkəmənin sehrinə düşür, sakit, rahat həyatı öz məcrasından çıxır, daxilində baş qaldırmış narahatçılıq, günah hissləri onu hətta çağırılmayanda da ora aparır, çünki bu gözəgörünməz məhkəmə artıq onun iradəsini, ağlını əlindən alıb, sehrləyib, öz əsirinə çevirib…

Almancadan tərcümə edən: Vilayət Hacıyev

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG