Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 23:26

Əfqanıstan NATO qüvvələrini 9 qadının ölümündə günahlandırır


Əfqanıstan hakimiyyəti NATO qüvvələrini 8 qadın və 1 qızın ölümündə ittiham edir.

Yerli hakimiyyətin məlumatına görə qadınlar bazar günü səhər Laqman əyalətindəki Alinqar kəndində çırğı yığmağa çıxarkən NATO təyyarəsi onları bombalayıb.

Prezident Hamid Karzai dinc sakinlərə hücumu pisləyib.

ABŞ hərbçiləri bundan öncə hədəfin 45 yaraqlı olduğunu, amma az sonra dinc sakinlər arasında itkilər ola bilməsindən dərin təəssüf bildirib.

Zabul Əyalətində isə 4 ABŞ əsgərinin cəsədi aşkar edilib.

Bundan başqa 2 əsgər yaralanıb.

Onlara polis formasında olan yaraqlılar hücum edib.

Onlardan biri ölüb, qalanları isə aradan çıxıblar.
XS
SM
MD
LG