Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:11

Myanmar müxalifətinin lideri Vaşinqtona gedir


Aung San Suu Kyi
Aung San Suu Kyi
Myanmar müxalifətinin lideri, Nobel sülh mukafatçısı Aung San Suu Kyi bazar günü Birləşmiş Ştatlara gedir.

Bu son 20 il ərzində onun Birləşmiş Ştatlara ilk səfəridir.

O hərbçilərin hakimiyyəti dövründə 20 il ev dustağı olub.

Amma Myanmarda bir sıra demokratik islahatlar keçirildikdən sonra Aung San Suu Kyi deputat seçildi və bu ildən xarici səfərlərə başladı.

Onun Vaşinqtona səfəri zamanı prezident Barack Obama ilə görüşü nəzərdə tutulub.

Həmçinin ona ABŞ-ın ən ali mülki mükafatı olan Konqresin qızıl medalı veriləcək.

Müşahidəçilər qeyd edir ki, bu səfər Myanmar prezidenti Thein Seinin Birləşmiş Ştatlara səfəri ilə eyni vaxta düşür.

Prezident BMT-nin Baş Assambleyasının sesiyasında iştirak edəcək.
XS
SM
MD
LG