Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:02

Suriya rejimi yeni elçi Brahimiyə dəstək vəd edib


BMT-nin Suriya üzrə yeni xüsusi elçisi Lakhdar Brahimi Suriya münaqişəsinin Suriya xalqı, digər region ölkələri və bütün dünyaya təhlükə olduğunu deyib.

O bunu şənbə günü Dəməşqdə Suriya prezidenti Bashar Assadla görüşdükdən sonra deyib.

Lakhdar Brahimi münaqişə tərəflərinin arasında uçurumun çox dərin olduğunu bildirib.

Danışıqlar zamanı Suriyadakı vəziyyətin həlli yolları müzakirə olunub.

Rəsmi SANA agentliyinin məlumatına görə, Dəməşq Suriya xalqının maraqlarına cavab verən və xaricdən hərbi müdaxiləni istisna edən təşəbbüslərə tam dəstək vəd edib.

Müxtəliv məlumatlara görə 18 aydır ki, Suriyada davam edən münaqişə nəticəsində 27 minədək adam ölüb.
XS
SM
MD
LG