Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:35

Müsəlman ölkələrində peyğəmbər barədə filmə etirazlar davam edir


Müsəlman ölkələrində Birləşmiş Ştatlarda Məhəmməd peyğəmbər barədə çəkilmiş filmə etirazlar davam edir.

Qahirədəki ABŞ səfirliyi qarşısında keçirilən aksiyada polislə toqquşmada 1 nəfəron öldüyü xəbər verilir.

HəmçininYəmən, Tunis və Sudan da daxil olmaqla 20-dən çox müsaəlman ölkəsində filmə etiraz olaraq aksiyalar keçirilib.

Çərşənbə axşamı Liviyadakı ABŞ konsulluğunda öldürülmüş səfir Kristofer Stivins və konsulluğun digər 3 əməkdaşının çəsədləri Birləşmiş Ştatlara aparılıb.

Prezident Barack Obama Vaşinqton yaxınlığındakı hərbi bazada çıxış edərkən cavabdehlərin məsuliyyətə cəlb olunacaqlarını bildirib.

Məlumatlara görə ABŞ Yəməndəki ABŞ səfirliyini qorumaq üçün paytaxt Sanaya dəniz piyadaları göndərib.

İranın Ali dini lideri Ayatolla Ali Khamenei isə Birləşmiş Ştatları filmi çəkənləri cəzalandırmağa çağırıb.

Obama hökuməti internetdə yayılmış bu videonu pisləyib.

O filmdə arvadbaz kimi qələmə verilir.
XS
SM
MD
LG