Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:22

Müxalif deputat parlamentdən qovula bilər


Sentyabrın 14-də Rusiya Dövlət Dumasının deputatlarının müxalifət millət vəkili Gennadi Gudkovun vəzifədən uzaqlaşdırılması ilə bağlı səsverməsi gözlənilir.

Rusiya müstəntiqləri Gudkovu maraqların konfliktinə səbəb olan kommersiya fəaliyyəti ilə məşğul olmaqda ittiham edir və Dumadan istəyiblər ki, o, deputat vəzifəsindən kənarlaşdırılsın.

Sol meylli partiya “Ədalətli Rusiya”nın üzvü Gudkov bu ittihamları rədd edir.
O deyir ki, Moskvada müxalifətin cümə günü gözlənilən icazəsiz mitinqi qabağı prokurorlar Kremlin birbaşa sifarişi üzrə hərəkət edir.

Birləşmiş Rusiya və Liberal Demokrat Partiyası Gudkovun mandatı ləğv edilməsini dəstəklədiklərini deyirlər. Kommunist Partiyası və “Ədalətli Rusiya” bu addıma etiraz edirlər. Gudkov tutduğu vəzifəni itirərsə, o, artıq ittihamlara qarşı toxunulmazlıq hüququnu da itirmiş olacaq.
XS
SM
MD
LG