Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:17

Suriya üzrə xüsusi nümayəndə Dəməşqə gedir


Bu gün BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Lahdar Brahimi Dəməşqə gedir. Bu, onun Suriyaya ilk səfəridir.

Oktyabrın 14-də onun prezident Bashar Assadlə görüşəcəyi gözlənilir. Əsas müzakirə Suriyadakı daxili münaqişə olacaq. Brahimi bildirib ki, bu fövqəladə və mürəkkəb məsələdir.

Suriyada isə müxtəlif şəhərlərdə hökumət qoşunları ilə üsyançılar arasında döyüşlər davam edir. İdlib şəhərindəki döyüşlərdə 20 hərbçinin öldürüldüyü bildirilir. Hələbdə isə beynəlxalq aeroportda döyüşlər gedir.

Hüquq müdafiəçilərinin məlumatına görə, dünən gedən döyüşlərdə 80-dən çox adam ölüb.
XS
SM
MD
LG