Keçid linkləri

2017, 26 Fevral, bazar, Bakı vaxtı 11:59

Ulyanovskda azərbaycanlı icmasının lideri yaralanıb, mühafizəçisi öldürülüb


Ümumrusiya Azərbaycan Konqresinin Ulyanovsk regional şöbəsinin rəhbəri 43 yaşlı İslam Hüseynova olunan sui-qəsdlə bağlı cinayət işi açılıb.

Rusiya Daxili İşlər Nazirliyinin Ulyanovsk vilayəti üzrə idarəsinin məlumatına görə,
sentyabrın 11-də günorta iki naməlum şəxs İslam Hüseynovun ofisinə gələrək ona və mühafizəçisinə odlu silahdan atəş açıblar. Nəticədə Hüseynov başından güllə yarası alıb, ürəyindən güllə yarası alan mühafizəçisi isə ölüb.

Bu ilin may ayında Ukraynanın Donetsk şəhərində yerli azərbaycanlı icmasının lideri İqbal Mahmudov naməlum adamlar tərəfindən öldürüldü.

Günün bütün mövzuları

XS
SM
MD
LG