Azərbaycanda 2012-2013-cü tədris ili üçün rezidenturaya ixtisas seçimi başlayib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ixtisas seçimi internet vasitəsilə sentyabrın 11-i saat 9:00-dan sentyabrın 14-ü saat 9:00-dək aparılacaq.
İxtisas seçimində iştirak etmək üçün qoyulan minimal tələblər (müsabiqə şərtləri) Müalicə işi, pediatriya istiqamətinə aid olan ixtisaslar üçün baza fənləri üzrə 40 bal, ixtisas fənləri üzrə 50 bal; Stomatologiya istiqamətinə aid olan ixtisaslar üçün - baza fənləri üzrə 40 bal, ixtisas fənləri üzrə 50 bal; Tibbi biologiya istiqamətinə aid olan ixtisaslar üçün - baza fənləri üzrə 30 bal, ixtisas fənləri üzrə 40 bal; Tibbi profilaktika istiqamətinə aid olan ixtisaslar üçün - baza fənləri üzrə 30 bal, ixtisas fənləri üzrə 40 bal müəyyən edilib.
İmtahanın nəticələri ilə bağlı müraciətlərə TQDK tərəfindən yaradılan apelyasiya komissiyasında sentyabrın 10-dan 12-dək baxılacaq.
Rezidenturaya sentyabrın 8-9-da keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən, namizədlərdən ümumilikdə 835 nəfəri ixtisas seçimində iştirak etmək hüququ qazanıb.