Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:56

Bakıda yağış yağacaq, güclü külək əsəcək


Sentyabrın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin tutqun olacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturu gecə 15-17, gündüz 17-21 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 13-18, gündüz 20-25, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz: Hava şəraitinin təzadlı dəyişərək küləkli, yağmurlu keçməsi və temperaturun ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enməsi meteohəssas insanlar üçün əlverişsizdir. Sentyabrın 12-13-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü əsasən əlverişlidir.
XS
SM
MD
LG