Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 05:12

Diktator oğlunun Parisdəki lüks həyatı sona çatdı


Teodoro Nguema Obiang Mangue
Teodoro Nguema Obiang Mangue
-

«The New York Times» Qərbi Afrikanın neftlə zəngin, ancaq yoxsul ölkəsi olan - Ekvatorial Qvineya diktatorunun oğlu barədə məqalə dərc edib. Məqaləni ixtisarla təqdim edirik:

Teodoro Nguema Obiang Mangue neçə il idi dəbdəbəli həyat yaşayırdı. 11 lüks maşınından biri ilə Parisin elit rayonlarından sayılan Foch prospektindəki 5 mərtəbəli malikənəsinə gəlir, Romanée-Conti Burgundy şərablarından içə-içə evindəki kinoteatrında filmlərə baxırdı. O dəbdəbəli həyat yaşadığı günlərin birində polis korrupsiya ittihamı ilə bağlı evini ondan aldı. Bundan əvvəl isə onun 2 milyonluq şərab kolleksiyası əlindən alınmışdı.

Sorğu-sual Qərbi Afrikanın neftlə zəngin, ancaq kiçik və yoxsul bir ölkəsi olan Ekvatorial Qvineyanın diktatoru, Manguenin atası Teodoro Obiang Nguema Mbasogo haqqında idi. Əslində bu iş 2007-ci ildə iki qeyri-hökumət təşkilatı və xaricdəki konqolulara aid dərnək tərəfindən başlamışdı. Bu təşkilatlar Obiang ilə birlikdə daha iki Afrika dövlət başçısı (Qabondan Omar Bongo ve Kongo Respublikasından Denis Sassou- Nguesso) da iddia irəli sürüb. Onlar dövlətin pulunu ələ keçirərək Fransada qanunsuz mülklər almaqda ittiham olunurdu.

İddiaçı təşkilatlardan birinin vəkili William Bourdon deyir ki, «məqsədimiz Obiangın nəslini hədəfə götürmək deyil. Ancaq dövlətin pulunu talamaqları da həqiqətdir».

Foch prospektindəki 42 saylı binanın 180 milyon dollar dəyərində olduğu bildirilir. 101 otaqlı bu binada türk hamamı, bərbər, idman salonları, gecə klubu, qızıl və qiymətli daşlarla bəzədilmiş hamamlar var.

Keçən iln sentyabr ayında Fransa polsi Obiangın oğlu Obiang Mangueyə aid 11 lüks maşını da onun əlindən almışdı. Bu il isə polis içində 3,7 milyon dollarlıq bir saatın da olduğu əşyaları satışa çıxarıb.

Ekvatorial Qvineya əvvəllər İspaniyanın müstəmləkəsi olub. 720 min əhalisi olan ölkə 1990-cı illərdə neftin tapılması ilə varlandı. Adam başına düşən milli gəlir 50 min dolları keçib. Ancaq bu yaxşı yaşayış çox az adama qismət oldu. Oğul Obiang qadınlara, yaxtalara və bahalı maşınlara düşkünlüyü ilə tanınır. Vəkili Emmanuel Marsigny isə ona qarşı oaln ittihamları rədd edir. Marsigny deyib ki, «Obiang Mangue pulunu beynəlxalq standartlara uyğun olmasa da Ekvatorial Qvineya qanunlara görə qazanıb».

Oğlu Teodoro Nguema Obiang Mangueyi yerinə hazırlayan Nguema Mbasogo 1979-cu ildə qanlı çevriliş yolu ilə hakimiyyətə gəlib. Forbes jurnalı Nguema Mbasogonun var-dövlətinin 600 milyon dolları keçdiyini yazır.

Sayta hazırladı: Kəbiran Dilavərli

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG