Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:38

Yapon mətbuatı Naxçıvan haqda məqalə yazdı


Naxçıvan
Naxçıvan
-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 14 avqust 2012. sayı: 152 (20.557)


ŞƏRUR RAYONUNDA TAXIL BİÇİNİ BAŞA ÇATIB

Regionların sosial-iqtisadi inkişafına dair 2009-2013-cü illəri əhatə edən dövlət proqramında digər sahələrlə yanaşı, taxılçılığın da inkişaf etdirilməsi nəzərdə tutulub. Bu mühüm sənəddən irəli gələn vəzifələrlə əlaqədar Şərur rayonunda məqsədyönlü addımlar atılır, sahibkarlara hərtərəfli dəstək göstərilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin «Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında» 23 yanvar 2007-ci il tarixli Sərəncamına uyğun olaraq, təkcə cari ilin ilk 6 ayında 777 torpaq mülkiyyətçisinə 281 min 240 manat məbləğində dövlət yardımı verilmiş, 1135 ton pulsuz mineral gübrə paylanmışdır. Bu qayğıdan taxılçılar səmərəli istifadə edirlər. Məlumat üçün bildirək ki, cari ildə də taxılçıların zəhməti hədər getməmişdir. Belə ki, 9177 hektar zəminin taxılı biçilmişdir. Bunun da 7310 hektarını buğda, 1867 hektarını arpa təşkil edir.

YAPONİYANIN «NİKKEY» JURNALINDA NAXÇIVANDAKI «DUZDAĞ» FİZİOTERAPEVTİK MƏRKƏZİ HAQQINDA MƏQALƏ DƏRC EDİLMİŞDİR

Yaponiyanın iqtisadi dairələrində geniş tanınmış, yapon dilində nəşr edilən nüfuzlu «Nikkey» jurnalı Naxçıvandakı «Duzdağ» fizioterapevtik mərkəzi haqqında doktor İşii İtarunun «Duzlu dağ mağarasında istirahət» adlı məqaləsi dərc olunmuşdur.
«İşii Qardaşları» şirkətinin prezidenti əvvəlcə Azərbaycan, onun yerləşdiyi coğrafi məkan barədə yapon oxuculara ətraflı məlumat verir. Azərbaycanın paytaxtı, «küləklər şəhəri» mənasını verən Bakı haqqında danışan müəllif onun özünə məxsusluğunu vurğulayır.
..Mərkəzdəki müalicəni şəxsən ona necə təsir etməsindən danışan müəllif yazır: «Vestibüldən mağaraya daxil olduqda xüsusi bir iy gəlirdi. Sonra ağzımın duzlu olduğunu hiss etdim. Bundan əlavə, heyvan qoxusu da hiss edirdim. Tədricən bu spesifik iyə öyrəşdim. Mənə məlumat verdilər ki, yayda hər gün bütün otaqlar isti olur».
Məqalənin sonunda müəllif Azərbaycanın bütün regionlarında olduğu kimi, Naxçıvanda da geniş quruculuq işlərinin aparıldığını diqqətə çatdıraraq bildirir ki, bura gələnlərin rahat mehmanxanada qalaraq yaxşı müalicə ala bilməsi üçün hər cür şərait vardır.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Tərəvəzçilik kənd təsərrüfatının gəlirli sahələrindən biridir
- Sədərəkdə sular çağlayır, həyat gözəlləşir
- «Meşə macəraları» tamaşasına ictimai baxış keçirilib
XS
SM
MD
LG