Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:52

Gənclərdən ibarət Azərbaycan yığması dünya birincisi olub


Taylandın Pattaya şəhərində keçirilən gənclərin dünya çempionatında Yunan-Roma yarışları Azərbaycan pəhləvanlarının uğuru ilə yadda qalıb.

Trend-in Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, böyük məşqçi İlqar Abdulov və məşqçi Fuad Əliyevin rəhbərliyi altında Taylanda yollanan yığmanın üzvlərindən Murad Bazarov (50 kq), Eldəniz Əzizli (55 kq) və Ceyhun Əliyev (66 kq) keçirdiyi bütün görüşləri qələbə ilə başa vuraraq fəxri kürsün ən yüksək pilləsinə qalxıblar.

120 kq çəkili güləşçimiz Zaur Mehrəliyev isə bürünc medala layiq görülüb.

Bu 4 medal, eyni zamanda 9-cu yeri tutan Şamil Ertuqanovun (74 kq) millimizə qazandırdığı 2 xal yığmanın 40 xalla komanda hesabında 1-ci yeri tutmasını təmin edib. 2-3-cü yerləri isə 38 xalla müvafiq olaraq Rusiya və Türkiyə komandaları bölüşüblər.
XS
SM
MD
LG