Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:22

İlham Əliyev adına Olimpiya İdman Kompleksində beynəlxalq turnir keçirilib


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 17 iyun 2012. sayı: 112 (20.517)


«ÜRƏK – DAMAR XƏSTƏLİKLƏRİNİN MÜALİCƏSİNİN BU GÜNÜ VƏ GƏLƏCƏYİ» MÖVZUSUNDA 5-Cİ REGİONAL ELMİ-PRAKTİK KONFRANS

Naxçıvan Dövlət Universitetində ölkənin aparıcı ürək – damar xəstəlikləri mütəxəssislərinin və yerli həkimlərin iştirakı ilə 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş «Ürək – damar xəstəliklərinin müalicəsinin bu günü və gələcəyi» mövzusunda 5-ci Regional Elmi – Praktik Konfransı keçirilmişdir.

Konfransa Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli, Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov, Mərkəzi neftçilər Xəstəxanasının baş həkimi Həbib Yüzbaşıyev çıxış etmişlər. Qeyd edilmişdir ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövründə ölkəmizdə səhiyyənin uğurları, maddi – texniki bazası, kadr potensialı, peşəkarlıq səviyyəsi MDB məkanının digər dövlətlərindən xeyli üstün olmuşdur. Bunun yeganə səbəbi ondan ibarətdir ki, harada fəaliyyət göstərməsindən asılı olmayaraq, ümummilli liderimiz səhiyyəmizə yüksək qayğı göstərmiş, onun əsrlərə bərabər tərəqqisini təmin etmiş, həmçinin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra səhiyyənin hərtərəfli inkişafı üçün dövlət səviyyəsində bütün mümkün tədbirləri həyata keçirmişdir.

MİLLİ QURTULUŞ GÜNÜNƏ HƏSR OLUNMUŞ GƏNCLƏR ARASINDA YUNAN – ROMA GÜLƏŞİ ÜZRƏ «NAXÇIVAN KUBOKU» UĞRUNDA BEYNƏLXALQ TURNİRİN AÇILIŞ MƏRASİMİ OLMUŞDUR

İyunun 15-də - Milli Qurtuluş Günündə Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində Milli Qurtuluş Gününə həsr olunmuş gənclər arasında yunan – Roma güləşi üzrə «Naxçıvan kuboku» uğrunda Beynəlxalq turnirin açılış mərasimi olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.

Ali Məclisin sədri demişdir: Xalqımızın böyük oğlunun siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan, birinci növbədə, xaosdan, siyasi və iqtisadi böhrandan qurtuldu. Əgər o zaman ölkəmizin separatçı meyllər ucbatından quberniya və əyalətlərə parçalanmaq təhlükəsi vardısa, bu gün bütöv və qüdrətli Azərbaycan mövcuddur. O vaxt Azərbaycan iqtisadiyyatı tənəzzülə uğrayırdı, bu gün Azərbaycan keçid dövrünü başa vuran, regionda ən dinamik inkişafa, böyük iqtisadi gücə malik olan lider dövlətdir.

Turnirdə 7 xarici ölkədən – Türkiyə, Özbəkistan, Qırğızıstan, Ukrayna, Rusiya, Gürcüstan, İran, eləcə də Azərbaycan və onun Naxçıvan Muxtar Respublikasından olan 120 idmançı mübarizə aparmışdır. Yarışları bütün iştirakçı ölkələri təmsil edən 16 hakim idarə etmişdir.
XS
SM
MD
LG