Keçid linkləri

2025, 24 May, şənbə, Bakı vaxtı 20:34

Elvin Bakiroğlu. Dənizə daş atmayın


-

DƏNİZƏ DAŞ ATMAYIN

Dənizə daş atmayın
Dalğalar yaralanar,
Su sudan ayrı düşər,
Su sudan aralanar.
Ay Allah, bu adamlar
Niyə dənizi üzür?
Dənizə daş atırlar,
Dəniz injiyir, küsür!
Dənizə daş atmayın,
Üzündə qalar izi,
Gedin üzün dənizdə,
Üzməyin bu dənizi.
Dənizə daş atmayın,
Dibinə təlaş düşər,
Orda balıqlar üzür,
Başlarına daş düşər.
Daş atmaq seçimini
Qoymaram öhdənizə,
Düşmən bu tərəfdədi,
Daş atmayın dənizə.
Yenə zalım uşağı
Gör dənizə neyniyir?
Dənizə daş atmayın,
Dəniz sizə neyniyir?
XS
SM
MD
LG