Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:04

Quba hadisələri ilə bağlı daha 9 nəfərin məhkəməsi olub


-
Avqustun 30-da Quba rayon Məhkəməsində 1 mart hadisələrinə görə tutulan digər 9 nəfərin işi ilə bağlı hazırlıq iclası keçirilib.

Həmin şəxslər də əmlakı qəsdən məhvetmə, ictimai qaydanı pozma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqetmə maddələri ilə ittiham olunurlar. Burda da zərərçəkənlər əsasən polislərdir.

Proses sentyabrın 12-də davam etdiriləcək.

Quba hadisələri ilə əlaqədar həbs olunan daha 7 nəfərin istintaqı artıq yekunlaşıb.

Bu barədə «Media forum» saytına təqsirləndirilən Akif Əliyevin vəkili Əshabəli Mustafayev məlumat verib.

Quba hadisələri ilə əlaqədar 30 nəfər məsuliyyətə cəlb edilib. Onlardan 12-si həbs edilib, 18 nəfər barəsində başqa yerə getməməklə bağlı iltizam alınıb.

İndiyə qədər 17 nəfər məhkəmə qarşısına çıxarılıb. Bundan əvvəl 8 nəfərin işi ilə bağlı hazırlıq iclası keçirilib və proses sentyabrın 10-a təyin edilib.

İstintaq dövründə təqsirləndirilən şəxslərə ağırlaşdırıcı ittihamlar irəli sürülüb.

İttiham təsdiqlənərsə, həmin şəxslər 3 ildən 7 ilə qədər azadlıqdan məhrum edilə bilərlər.

Bu il martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Aksiya toqquşmalar və zorakılıqla müşayiət olunub. İcra hakimiyyətinin yardımçı binaları, icra başçısı Rauf Həbibovun şəxsi evi yandırılıb. Martın 2-də prezident İlham Əliyev Rauf Həbibovu vəzifəsindən azad edib.
XS
SM
MD
LG