Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:27

Almanlar Belarus polisinə nə öyrədiblər?


Belarus polisi treninqlərdə
Belarus polisi treninqlərdə
-
Almaniya polisinin Belarus polisinə treninq keçməsi yavaş-yavaş Avropa Birliyi ilə Almaniya arasında mübahisəyə çevrilir.

Hakimiyyətin müxalifət partiyalarına qarşı sərt rəftarına cavab olaraq 2011-ci ilin yanvarında Brüssel Belarusa qarşı sanksiyalar tətbiq edib.

Lakin Almaniyanın 2008-ci ildən başlanmış polislərə təlim proqramı bu sanksiyalardan sonra da 8 ay davam edib.

Avropa Parlamenti prezidenti Martin Schulz'un sözçüsü Marcin Grajewski:

«Bu, sürpriz xəbər oldu. Biz faktları müəyyən etməliyik və bu məsələyə cavabdeh olanlar da əslində nələr baş verdiyini izah etməlidirlər».

Treninq mübahisələrə səbəb olub. 2010-cu ilin dekabrında Alexander Lukashenko yenidən prezident seçiləndən sonra polisin etirazçılarla kobud davranışına baxmayaraq, treninqlər davam etdirilib.

TRENİNQLƏRƏ KİM QƏRAR VERİB?

Almaniya Daxili İşlər Nazirliyinin sözçüsü Philipp Spauschus AzadlıqRadiosuna deyib ki, təlim proqramı 5 il əvvəl - Avropa və Belarus arasında münasibətlər yaxşılaşan vaxt qəbul edilib:

«O vaxt Birliyin Belarusla əməkdaşlıq etmək planları var idi. Bu, Avropa təhlükəsizlik rəsmilərinin ümumi qərarı idi, ancaq bu planda əsas rolu Almaniya hökuməti oynayırdı. Federal polis həm Almaniya, həm də Belarusda onlara təlim keçib».

Qaranlıq qalan məsələlərdən biri də odur ki, Brüsseldə bu treninq proqramını qəbul edən kim olub. AB-nın icraedici orqanı olan Avropa Komissiyasından bildiriblər ki, konkret cavab verməzdən əvvəl araşdırma aparacaqlar.
Minskdə iğtişaşlar, 20 dekabr 2010
Minskdə iğtişaşlar, 20 dekabr 2010

FEDERAL POLİSİN RƏİSİ İŞDƏN ÇIXARILDI

Almaniyanın Belarus polisini təlimatlandırması qalmaqalı avqustun əvvəlindən başlayıb. Qalmaqal federal polisə rəhbərlik edən Matthias Seegar'ın Minsk ilə şübhəli əlaqələri olmasına dair iddialardan qaynaqlanır.

M.Seegar özü bunu təkzib edib. O, deyib ki, alman polisinin Minsklə əlaqələri 2 il əvvəl başa çatıb və bu, yalnız Belarus sərhəd xidməti ilə əlaqələrdən ibarət olub.

Amma müxalif Sol Partiyasının xaricdə polis əməliyyatları barədə sorğusuna hökumətin cavabı Belarus polisinə təlimlərin 2011-ci ilin sonuna kimi davam etdiyini ortaya çıxarıb.

Sonradan M.Seegar aydın olmayan səbəbdən öz vəzifəsindən azad edilib.

TRENİNQİN TƏFƏRRÜATLARI

«Tagesspeigel» qəzeti yazır ki, 2008-2011-ci illərdə Belarus təhlükəsizlik qüvvələrinin azı 100 təmsilçisi Almaniyada təlim kursunda iştirak edib. Daxili İşlər Nazirliyi bu statistikanı təsdiqləyib.

Belarus polisi aksiyanı dağıdır, 9 sentyabr 2009
Belarus polisi aksiyanı dağıdır, 9 sentyabr 2009
Bu dövrdə Almaniya ekspertləri Belarusa səfər edərək 400 Belarus sərhədçisi, milisi və kriminalistinə dərs keçiblər.

2010-cu ilin noyabrında belaruslar Almaniyada nüvə enerjisi əleyhinə nümayişlərin dağıdılmasında müşahidəçi kimi iştirak ediblər. Burada polis dəyənəklər, su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib.

Bundan 3 həftə sonra Avropa-Belarus münasibətləri pisləşib və sanksiyalar başlayıb.

ALMANİYA BELARUSA DƏYƏNƏK GÖNDƏRİB?

Almaniya dövlət yayımçısı – «Deutsche Welle» bildirir ki, sonuncu seminar 2011-ci ilin oktyabrında keçirilib. Almaniya Daxili İşlər Nazirliyi ötən həftəsonu bəyanat yayıb ki, 2011-ci ildə reallaşdırılan bu seminar «əvvəlki planın tamamlanmalı olan hissəsi idi».

Almaniyanın Belarus polisinə təlim keçməklə yanaşı, onu kütləvi iğtişaşları yatırtmaq üçün avadanlıqlarla təchiz etdiyi də bildirilir. Hərçənd, Almaniya Daxili İşlər Nazirliyinin sözçüsü Philipp Spauschus bunu təkzib edir:

«Belarusa təlimlə əlaqədar olaraq kompyuter və kamera kimi avadanlıqlar aparılıb. Ancaq Almaniyanın ora dəyənək və bu kimi avadanlıqları göndərməsi məsələsi uydurmadır. Biz öz videoyazılarımıza baxdıq və bu cür alətlər tapmadıq».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG