Keçid linkləri

2025, 07 Fevral, Cümə, Bakı vaxtı 12:39

İsveçli pilot Belarusa 1000 oyuncaq atdı [Video]


Tomas Mazetti Belarus səmasında
Tomas Mazetti Belarus səmasında
İsveçli bir pilot Belarusda söz azadlığını təbliğ etmək üçün çox orijinal bir üsula əl atıb. Tomas Mazetti adlı həmin şəxs iyulun 4-də Litvadan birmühərrikli təyyarə ilə qalxaraq qanunsuz Belarusun hava məkanına daxil olub. 1000-ə qədər uşaq oyuncaqlarını təyyarəsindən yerə səpələyib. Oyuncaqların üzərində ingilis və Belarus dilində belə yazı olub: «Bizi susdurmaq mümkün deyil».

Tomas Mazetti Belarus müxalifəti ilə əməkdaşlıq etdiyini, onları dəstəklədiyini bildirib. O, bu əməliyyatını videoya da çəkib və internetdə yerləşdirib.

İvyanets rayonu sakinlərindən biri AzadlıqRadiosunun Belarus xidmətinə deyib ki, o, yerə qara paketlər səpələyən təyyarə görüb. Sonra isə polis şöbəsinin həyətində həmin oyuncaqların toplandığının şahidi olub. İvyanets rayonu Minskdən 50 km, Litva sərhədindən isə 80 km aralıda yerləşir.



NİYƏ 4 İYUL?

Tomas Mazetti 4 iyul tarixinin təsadüfən seçilmədiyini deyir:

«İyulun 3-də Belarusda Respublika Günü qeyd olunur. Biz də bu aksiyanı bir gündən sonraya planlaşdırdıq. Çünki hava hücumundan müdafiə qüvvələri həmin günü paradda, axşamı isə yeyib-içməkdə olur. Hesabladıq ki, bir gün sonra onlar çətin ayaq üstdə dayana bilib, xidmət başında olsunlar».

Mazetti bəzi yerlərdə Belarus hərbçilərini gördüyünü də bildirir:

«Bəzi sərhəd məntəqələrində çox aşağıdan uçurduq. Belarus əsgərlərini belə görürdük. Fikrimcə, onlar təyyarədə videokameranın olduğunu bilmirdilər. Fikirləşiblər ki, baş verənləri inkar etmək olar».
Mathias Rust SSRİ məhkəməsində, 1987
Mathias Rust SSRİ məhkəməsində, 1987

1995-ci ildə iki amerikalı hava şarı ilə Polşadan Belarusun hava məkanını keçmişdi. Həmin vaxt onlar vurulmuşdular.

BİR ALMAN SSRİ ORDUSUNU GİC VƏZİYYƏTDƏ QOYDU

Tomas Mazetti 17 yaşlı alman Mathias Rust'u da xatırlayır. O, 1987-ci ildə sülhü təbliğ etmək üçün kiçik bir təyyarə ilə Helsinkidən Sovet İttifaqının havadan müdafiə sistemini keçərək Moskvadakı Qırmızı Meydanda yerə enmişdi:

«Kifayət qədər belə hadisələr baş versə, Belarus hakimiyyəti bunları inkar edə bilməyəcək. Bu da Belarus hökumətində dəyişikliklərə gətirib çıxaracaq. Mathias Rust Qırmızı Meydana enəndən sonra SSRİ-nin hava hücumundan müdafiə qüvvələrinin zabitlərinin yarısı vəzifələrindən azad edilmişdi. İnsanlar isə başa düşdülər ki, ölkənin nəhəng ordu kompleksi gülünc bir yolla məğlub edilə bilər. Həmin hadisə o dövrdə müəyyən mənada demokratiyanın nailiyyəti sayıla bilərdi».

Belarusun Müdafiə Nazirliyinin sözçüsü Uladzimir Makarau israrla bildirib ki, belə hadisə olmayıb. Deyib ki, həmin videogörüntülər də saxtadır.

Litva rəsmiləri isə məsələni araşdırdıqlarını bildiriblər.
XS
SM
MD
LG