Keçid linkləri

2017, 30 Aprel, bazar, Bakı vaxtı 23:05

«Turan» agentliyi Fövqəladə Hallar Nazirliyini məhkəməyə verir


«Turan» informasiya agentliyi Fövqəladə Hallar Nazirliyini məhkəməyə verir. Media quruluşunun açıqlamasında deyilir ki, nazirlik 2010-cu ilin daşqın zonasında evlərin tikintisi ilə bağlı yazılı informasiya sorğusunu cavablandırmayıb: «Sorğu iyunun 20-də göndərilib. «İnformasiya əldə etmək haqqında» qanuna əsasən, nazirlik sorğuya yeddi gün ərzində cavab verməlidir».

Agentlik nazirliyə ünvanladığı sualları ictimaiyyətə açıqlayıb:

- Evlərin, sosial və digər obyektlərin tikintisinə (prezidentin və hökumətin sərəncamları ilə) nə qədər pul ayrılıb?

- Bu məbləğ nə qədər ev və sosial obyektin tikintisi üçün ayrılıb?

- Nə qədər vəsait xərclənib, nə qədər ev və sosial obyekt tikilib?

- Tikilmiş bir obyektin orta dəyəri nə qədərdir?

Bir ədəd ikiotaqlı, üçotaqlı, dördotaqlı evin tikinti layihəsi neçəyə başa gəlir (hər layihə üzrə dəyər)?

Məhkəmədə «Turan» agentliyinin maraqlarını Media Hüququ İnstitutu müdafiə edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG