Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:14

Mir Cəfər Bağırovun bəyənmədiyi əsər ilk dəfə tam şəkildə nəşr edildi


-

Həmidə xanıma Yazıçılar İttifaqından bildirirlər ki, Mir Cəfər Bağırov əsəri bəyənməyib,... Həmidə xanımın isə cavabı qısa və konkret olur: “Mən görmədiklərimi yaza bilmərəm”...


Böyük Azərbaycan yazıçısı, jurnalisti Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə Cavanşirin sovet dövründə senzura edilmiş əsəri ilk dəfə tam şəkildə çap edildi

“Xatirələrim” əsərini ruscadan çevirən və nəşrə hazırlayan: Mehriban Vəzirdir.

Dövrünün görkəmli ictimai xadimi, zadəgan-ziyalı zümrəsinin ən ünlü qadın təmsilçisi, xeyriyyəçi və maarifçi olan Həmidə xanım Cavanşir (1873-1955) bu kitabda atası Əhməd bəy Cavanşir, həyat yoldaşı Cəlil Məmmədquluzadə, “Molla Nəsrəddin” dərgisi, Qafqaz-İslam Ordusunun Şuşaya gəlişi, Cümhuriyyət dönəmində Qarabağın vəziyyəti haqqında geniş bilgi verir, sovet hakimiyyəti gəlincə ailənin necə məşəqqətlə Təbrizə köç etməsini, “Molla Nəsrəddin”in Təbrizdə nəşrini, Bakıya döndükdən sonra ailənin ağır durumunu, “Molla Nəsrəddin”in sovet Bakısında nəşrini və b. hadisələri cəlbedici bir dillə təsvir edir.

Həmidə xanım Cavanşirin “Xatirələrim” kitabının yazılmasının maraqlı bir tarixçəsi var. Bu tarixçənin özü də bir xatirədir desək, bəlkə də yanılmarıq. Belə ki, 30-cu illərin ortalarında Mir Cəfər Bağırovun göstərişi ilə Həmidə xanım Yazıçılar İttifaqına dəvət edilir. Burada Həmidə xanıma bildirirlər ki, yoldaş Bağırov arzu edir ki, o dövrdə Qarabağda olan hadisələri, inqilabi hərəkatları, o illərin mühüm bolşevik simaları haqqında bildiklərini qələmə alsın. Baxmayaraq ki, Həmidə xanım “Xatirələrim” memuar əsərini artıq yazmağa başlamışdı, təklifi qəbul edir. Elə oradaca ona ərizə yazdırıb bir günün içində Yazıçılar İttifaqına üzvlüyə qəbul edirlər. Əsərin yazılması üçün müəllifə iki-üç il vaxt verilir. Bu illərdə Həmidə xanım yüksək maaş, xüsusi xidməti maşın, qıtlıq dövrü olduğundan “kremlyovski payok” deyilən ərzaq payı və başqa bu kimi imtiyazlarla təmin olunur. Beləliklə, vaxt başa çatır və Həmidə xanım yazdıqlarını Yazıçılar İttifaqına təhvil verir. Növbədə yalnız kitabın çapı qalırdı. Bir aydan sonra Həmidə xanıma Yazıçılar İttifaqından bildirirlər ki, yoldaş Bağırov əsəri bəyənməyib, çünki onun Qarabağdakı bolşevik fəaliyyəti, vətən və xalq qarşısında əvəzsiz xidmətləri kitabda geniş şəkildə əks olunmalıdır. Həmidə xanımın isə cavabı qısa və konkret olur: “Mən görmədiklərimi yaza bilmərəm”.

Bununla da , Həmidə xanım Cavanşir ( 1873-1955) repressiyaların tüğyan etdiyi bir dövrdə böyük bir cəsarət nümunəsi göstərərək , “yalançı tarix” yazmaqdan, rəhbəri mədh etməkdən qəti şəkildə imtina edir. Ona verilən bütün imtiyazlar təbii ki, əlindən alınır, kitab isə çap olunmur. Lakin uzun sürən qadağalardan sonra sovet dövründə “Xatirələrim”in tam deyil, qısa formada nəşrinə icazə verilir. Kitabda əsasən Həmidə xanım Cavanşirin ömür-gün yoldaşı, böyük ədib Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığı öz əksini tapmışdı. Indi isə əsəri tam oxuya bilərsiz...

"APOSTROFF" nəşriyyatında çap edilən kitabın yayım və satış hüquqları Bakı Kitab Klubuna məxsusdur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG