Keçid linkləri

2025, 23 Aprel, çərşənbə, Bakı vaxtı 16:38

İranın xarici işlər nazirinin müavininin Azərbaycana səfəri başlayıb


İran bayrağı
İran bayrağı
İranın xarici işlər nazirinin Asiya və Sakit okean ölkələri üzrə müavini Seyyid Abbas Əraqçi Azərbaycandadır. Səfər bir günlükdür.

Bu haqda AzadlıqRadiosuna Azərbaycan Xarici İşlər Nazirinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib.

Onun sözlərinə görə, İranın nazir müavini Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla avqustun 24-də günün birinci yarısında görüşəcək. Görüşdə ikitərəfli əlaqələr, əməkdaşlıq perspektivləri müzakirə ediləcək. Danışıqlarda İranda həbsdə olan azərbaycanlı şairlərin məsələsi də qaldırılmalıdır. Elman Abdullayev deyir ki, bu haqda görüşdən sonra detallı məlumat verilə bilər.

Seyyid Abbas Əraqçi Azərbaycana iyulun 27-də səfər etməliydi. Amma iki ölkə rəsmilərinin proqramlarının sıxlığına görə təxirə salınmışdı.
XS
SM
MD
LG