Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 00:12

İranda saxlanan azərbaycanlı şairlərə hökm 15-20 gün ərzində çıxarılacaq


İranda həbsdə olan Azərbaycan vətəndaşları barəsində hökm yaxın 15-20 gün ərzində çıxarılacaq.

APA-nın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.

E. Abdullayevin sözlərinə görə, Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun nümayəndələri avqustun 22-də Azərbaycan şairlərinin işi üzrə hakimlə görüşüblər və hakim onları hökmün 15-20 gün ərzində çıxarılacağına əmin edib. Bununla belə, şairlərin konkret hansı cinayət əməlində təqsirli bilinmələri barədə Azərbaycan tərəfinə hələ də heç bir rəsmi məlumat verilməyib.

E. Abdullayev Baş Konsulluğun Azərbaycan vətəndaşlarına lazımi hüquqi yardımı göstərdiyini də vurğulayıb.

Fərid HüseynŞəhriyar Hacızadə şeir festivalında iştirak üçün İrana gedib və mayın 2-də orada həbs olunublar.
XS
SM
MD
LG