Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 17:59

Livanda Bashar Assadın tərəfdarları ilə əlehdarları toqquşub


Ötən gecə Livanın Tripoli şəhərində sünnilərlə ələvilər arasında baş vermiş toqquşmada 10-dək adam ölüb, 20-ə yaxın adam yaralanıb.

Müşahidəçilər bunun nSuriya münaqişəsi ilə bağlı olduğunu deyirlər.

Ələvilər indiki Suriya prezidenti Bashar Assadın, sünnilər isə üsyançıların tərəfini saxlayırlar.

Livanın baş naziri Nacib Mikati ölkədəki düşmən qrupları sakitliyə çağırıb.
XS
SM
MD
LG