Keçid linkləri

2017, 23 Sentyabr, şənbə, Bakı vaxtı 15:13

Dəməşq ətrafında azı 12 adam öldürülüb


Suriyanın hərbi hava qüvvələri bu gün Hələb şəhərinin şimal rayonlarını bombalayıb.

Suriyalı hüquq müdafiəçiləri bu gün paytaxt Dəməşqdə keçirilmiş əməliyyatlarda azı 12 nəfərin öldürüldüyünü xəbər verirlər.

Bundan əvvəl şəhər ətrafında baş vermiş toqquşmada onlarla sakinin öldüyü xəbər verilirdi.

Ümumilikdə çərşənbə axşamı ölkədə gedən toqquşmalarda azı 198 nəfərin öldüyü və onlardan 127-nin dinc sakinlər olduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG