Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:46

Qırğızıstan eks-prezidentin qardaşını tutmaq üçün Belarusa müraciət edib


Qırğızıstan Belarusdan devrilmiş eks-prezidenti Kurmanbek Bakievin qardaşını həbs eləməsini və ekstradisiyasını istəyir. Qızğızıstanın Xarici İşlər Nazirliyi bildirib ki, bundan ötrü Belarus rəsmilərinə rəsmi müraciət ediblər.

Eks-prezidentin qardaşı Janysh Bakievin Minskdə çəkildiyi iddia olunan fotoşəkli bir həftəyə yaxındır internetdə peyda olub. O, eks-prezident olan qardaşı və daha 20 nəfərlə birgə etirazçılara atəş açmaq əmri verməkdə və 100-dən çox adamın ölümünə səbəb olmaqda ittiham olunurlar.

Belarus hakimiyyəti isə devriləndən sonra Minskdə yaşayan eks-prezident Bakievi Qırğızıstana verməkdən imtina edib.
XS
SM
MD
LG