Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:37

Almaniyada 26 nəfərlik qrup neo-faşizm iddiası ilə məhkəmə qarşısına çıxarılıb



Almaniyada neo-faşizmdə ittiham olunan 26 nəfərlik qrup avqustun 20-də məhkəmə qarşısına çıxarılıb. Prokurorlar onlardan 20 nəfərini ekstremist qrup yaratmaqda, qalanlarını isə onlra yardım etməkdə günahkar bilirlər.

Polis qrup üzvlərini bu ilin əvvəlində ölkənin müxtəlif şəhərlərində keçirdiyi reydlər zamanı həbs edib.

Prokurorlar bildirirlər ki, bu qrupun üzvləri potensial hədəf kimi seçdikləri solçu baxışlı insanların adlarını, ünvamnlarını toplayıb, onları izləyiblər. Özlərini Mid-Rhine Əməliyyatlar Ofizi adlandıran qrup üzvlərinin yaşı 19-la 54 arasındadır. Onların bəziləri başqalarına fiziki xəsarət yetirməkdə ittiham olunublar.

Məhkəmə Koblenz şəhərində sərt təhlükəsizlik nəzarəti altında keçirilir. Prosesin sentyabra qədər davam etməsi gözlənir.
XS
SM
MD
LG