Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:21

Naxçıvanda arıçılara məsləhət verilir


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!

Şərq Qapısı 23 may. Sayı: 95(20.500)

KƏNGƏRLİ RAYON MƏRKƏZİ XƏSTƏXANASINDA BİR GÜNDƏ 7 CƏRRAHİ ƏMƏLİYYAT APARILMIŞDIR
Naxçıvan Diaqnostika – Müalicə Mərkəzinin həkim və tibb işçiləri bir ay ərzində ikinci dəfə Kəngərli Rayon Mərkəzi Xəstəxanasında olmuş, növbəti cərrahiyyə əməliyyatlarını həyata keçirmişlər. Naxçıvan Müalicə - Diaqnostika Mərkəzinin cərrahları – baş həkim Abasət Hüseynəliyev, həkimlər Şahin Məmmədov, Nazim İbrahimov, anestezioloq Ənvər Şıxəliyev və əməliyyat blokunun tam heyəti mayın 19-da Kəngərli Rayon Mərkəzi Xəstəxanasında 7 əməliyyat aparmışlar. Əməliyyatlar uğurla başa çatdırılmış, xəstələr 1 günlük müşahidədən sonra evlərinə buraxılmışlar.
Çalxanqala kəndindən Səkinə Həsənəliyeva başqa yerlərə getmədən, elə öz rayonlarında əməliyyat olunmasını əhalinin sağlamlığına göstərilən dövlət qayğısının ifadəsi kimi dəyərləndirmiş və ailəsi adından minnətdarlığını bildirmişdir.
BATABAT YAYLAĞINDA ARIÇILARA MƏSLƏHƏTLƏR VERİLİB
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi Naxçıvan Muxtar Respublikası Arıçılar İctimai Birliyi ilə birlikdə Şahbuz rayonunun Batabat yaylağında arıçı sahibkarlarla görüş keçirib.
Görüşdə Naxçıvan Muxtar Respublikası Arıçılar İctimai Birliyinin sədri Zakir Salmanov bildirib ki, “ 2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin təhlükəsiz ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” muxtar respublikada arıçılıq məhsulları istehsalının da artırılmasına səbəb olub.
Vurğulanıb ki, iqtisadi cəhətdən yüksək gəlir gətirən qida və müalicəvi baxımdan xeyirli təsərrüfat sahələrindən biri olan arıçılıq hələ lap qədim dövrlərdən Naxçıvanın dağ və dağətəyi yerlərində inkişaf etdirilib. Muxtar respublikada zəngin bitki örtüyünün olması arıçılığın inkişafı üçün çox perspektivlidir.
Qeyd olunub ki, muxtar respublikada aqrar bölmədə aparılan torpaq islahatı arıçılığın yemmbazasının yaxşılaşdırılmasına da təkan verib. 2012-ci ilin yanvar ayının 1-nə olan məlumata görə muxtar respublikada 60 min 627 arı ailəsi var. Ötən il arı ailələrindən 1000 tondan çox bal istehsal edilib.
DİGƏR MƏQALƏ BAŞLIQLARI:
- Naxçıvan MR Ali Məclisində görüş
- Gənc rəssamın növbəti sərgisi
- Sədərək yeniləşir, gözəlləşir
XS
SM
MD
LG