Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:30

Naxçıvanda icra hakimiyyəti orqanları alaq otlarına qarşı...


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 22 may 2012. sayı: 94 (20.499)


MUXTAR RESPUBLİKADA 20 MİN 390 HEKTAR SAHƏDƏ YAZLIQ ƏKİN APARILIB

Əvvəlki illərdə olduğu kimi, cari ildə də muxtar respublikanın bərəkətli torpaq sahələri sahibkarların, kənd adamlarının daimi iş yerinə çevrilib. Zəhmət adamları vaxtdan səmərəli istifadə edir, yaz əkini kampaniyasını optimal müddətdə başa vurmağa çalışırlar.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən aldığımız operativ məlumata görə, regionun torpaq mülkiyyətçiləri bu günədək 20 min 663 hektar sahədə şum qaldırılmasına nail olublar. Həmin sahələrin 20 min 390 hektarında əkin aparılıb. 3106 hektar sahədə taxıl əkilib ki, həmin rəqəm əvvəlki illə müqayisədə xeyli çoxdur. Əkin zamanı məhsuldar toxum sortlarından istifadə olunub. Torpaq mülkiyyətçiləri dənli – paxlalı bitkilərin əkininə də üstünlük verib, bu günədək 1911 hektarda əkini başa çatdırıblar. 787 hektarda qarğıdalı, 4841 hektarda tərəvəz, 2356 hektarda bostan bitkiləri, 2654 hektarda kartof, 246 hektarda isə günəbaxan əkilib.

ALAQ OTLARINA QARŞI MÜBARİZƏ YÜKSƏK MƏHSULDARLIĞIN ƏSASIDIR

Uzun illərin təcrübəsi göstərir ki, taxıl bitkiləri ilə müştərək qidalanan alaq otlarının məhv edilməsi məhsuldarlığın 1,5 dəfə artmasına şərait yaradır. Buna görə də cari ilin aprel ayının 20-dən başlayaraq muxtar respublikanın taxıl əkini sahələrində, yol kənarlarında sarıçiçək və digər alaq otlarına qarşı kimyəvi, mexaniki mübarizə tədbirləri aparılır. Mübarizə tədbirlərində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə Stansiyasının rayon təşkilatlarının mütəxəssisləri də iştirak edirdilər. Bu tədbirlər nəticəsində Sədərək rayonunda 322, Şərur rayonunda 705, Kəngərli rayonunda 112, Şahbuz rayonunda 528, Naxçıvan şəhərində 92, Babək rayonunda 671, Culfa rayonunda 273, Ordubad rayonunda 452, ümumilikdə muxtar respublika üzrə 3155 hektar əkin sahələrində alaq otlarına qarşı mübarizə tədbirləri həyata keçirilib.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:


- Ömrün kamillik zirvəsində
- Naxçıvanda keçirilən növbəti iməciliklərdə yaşıllıqlara qulluq göstərilib
- Daha bir yaşayış binası yenidən qurulur.
XS
SM
MD
LG