“Azərbaycanfilm” kinostudiyasında Heydər Əliyevin həyatından bəhs edən "Ən sadə soyad" adlı bədii filmin çəkilişlərinə başlanılıb.
APA-nın məlumatına görə, iyulun ortalarından başlanan çəkilişlər Naxçıvan, Moskva,
Sankt-Peterburq və Riqada aparılır.
Filmdə Rusiyadan Konstantin Qluşko, Aleksandr Andreenko, Emmanuil Vitorqan və Yuriya
Stoyanova kimi aktyorların çəkilməsi nəzərdə tutulur.
Ümumilikdə Azərbaycan, Rusiya, Ukrayna və Gürcüstandan olan kinematoqrafçıların yer alacağı filmdə Heydər Əliyev rolunu 5 aktyor oynayacaq.
H. Əliyevin yaşlı rolunu rusiyalı aktyor Aleksadr Nikitin oynayacaq.
Millət vəkili Elmira Axundovanın ssenarisi əsasında çəkilən filmin rejissoru Ramiz Fətəliyevdir.