Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:23

London Ekvadorun Assangeyə sığınacaq verməsindən təəssüflənib


Böyük Britaniyanın xarici işlər nazirliyi Ekvadorun WikiLeaks saytının banisi Julian
Assangeyə siyasi sığınacaq verməsindən təəssüflənib.

Ekvador Britaniyada ev dustağı olan və iyunun sonlarında bu ölkənin Londondakı səfirliyindən sığınacaq istəyən Assangeyə cümə axşamı sıyasi sığınacaq verib.

Ekvadorun xarici işlər naziri Ricardo Patino jurnalistlərə açıqlamasında deyib ki, qərar beynəlxalq normalar və BMT-nin konvensiyasına uyğun olaraq qəbul edilib.

Assange İsveçdə seksual zorakılıqda ittiham olunur.

Böyük Britaniya onun İsveç hökumətinə verilməsini istəyir.

Amma Assange hesab edir ki, o sonda Birləşmiş Ştatlara verilə bilər.

WikiLeaks saytının ABŞ barədə minlərlə məxfi sənədlər yayması dünyada böyük qalmaqala səbəb olub.

Assange ona qarşı irəli sürülmüş ittihamların siyasi motivli olduğunu deyir.
XS
SM
MD
LG