Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:54

Məşhur fantast yazıçı vəfat etdi


Harry Harrison
Harry Harrison
-

Fantastika janrının ən məşhur nümayəndələrindən biri, Amerika yazıçısı Harry Harrison 87 yaşında vəfat edib.

O, “Polad siçovul”, “Fantastik saqa” və başqa populyar əsərlərin müəllifidir.

Əsl adı Henri Maksvel olan yazıçı 1925-ci ildə dünyaya gəlib.

1943-cü ildə orduya çağrılıb və 4 il Amerikanın hava qüvvələrində xidmət edib.

Xidmət dövründə müharibəyə nifrət bəsləməyə başlayan Henri bu nifrəti “Qalaktika qəhrəmanı Bill” romanında ifadə edib.

Satirik üslubda yazılmış bu roman 1964-cü ildə - Vyetnam müharibəsinin qızğın vaxtında çap edilib.

Baş qəhrəman Bill fermerlər planetindəndir. Onu hipnoz edib orduya cəlb edirlər.

Lev Trotskinin adını daşıyan düşərgədə alçaldıcı təlimdən sonra o, kosmik desantın tərkibində müharibədə iştirak etməli olur.

Təsadüf nəticəsində bir düşmən hava gəmisini vuran Billi paytaxt-planetə medal almağa göndərirlər.

Medalı ona imperatorun özü təqdim etməlidir.

Amma təqdimat mərasimindən sonra onun başına iş gəlir, oğrular onun nəhəng paytaxt-planetdə orientasiya üçün lazım olan xəritəsini oğurlayırlar.

Bundan sonra yolu azan Billi casus kimi qəbul edirlər və o, qaçıb oğrulara qoşulur...

Bir Vyetnam müharibəsi əlili romanı savaşların içi üzünü açan və müharibədə canını qoyanların gerçək aqibəti kimi səciyyələndirmişdi.

Harry Harrison Elmi fantastika janrında yazan yazıçıların beynəlxalq birliyi olan “World SF”in yaradıcısı olub.

O, uzun illər Meksika, Danimarka, İtaliyada yaşayıb.

oxuzali.az

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG