Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:01

Ramazan Bayramı nə vaxtdır?


Qafqaz Müsəlmanları İdarəsinin Ramazan təqviminə görə, Ramazan Bayramı avqustun 20-dədir.

Ancaq Şamaxı rəsədxanasının hesablamalarına görə, yeni ay avqustun 19-da çıxır. Onda niyə bayram avqustun 20-dədir?

Bu sualı bizim redaksiyaya zəng edən hətta astrofiziklər də verirlər.

Niyə Türkiyə, Səudiyyə Ərəbistanı bayramı avqustun 19-da keçirir, Azərbaycan da İran kimi avqustun 20-də?

Bu suallara Şamaxı Rəsədxanasının aparıcı elmi işçisi Ədalət Ətai cavab verir:

Ədalət Ətai: Bir var təzə ayın çıxmağı, bir də var bunun yerdən görünməyi.
Bunlar fərqli vaxtlarda baş verir.

Qafqaz Müsəlmanları İdarəsində ( orda mən də iştirak edirdim) qərar belə oldu ki, Ramazan bayramının vaxtı - ayın təzələnməsi vaxtı yox, peyğəmbərin qəbul etdiyi kimi, bunu yerdə iki adamın görməsi vaxtıdır.

Ona görə də astronomik baxımdan yeni ay ayın 19-da çıxsa da, yerdə 36 saatdan sonra göründüyünə görə, bayram avqustun 20-dədir.

Azadlıq Radiosu: Bəs hardan bilirlər ki, avqustun 19-da yeni ay çıxanda bunu yerdə heç kim görməyəcək?

Ədalət Ətai: Yeni ay avqustun 19-da Bakı vaxtı ilə saat 9:22-də çıxır.
Yeni ayın gözlə görünməsinə təxminən 36 saat vaxt lazımdır.

Ona görə də Ramazan Bayramı yeni ayın məhz gözlə görünəcək vaxtına təyin edilib.
Müxtəlif ölkələrdə Ramazan Bayarmının müxtəlif günlərə düşməsi də bununla bağlıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG