Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:15

Azərbaycanda 1600-dən çox heyvanda brusellyoz tapılıb


Bu ilin yeddi ayı ərzində Azərbaycanda 1223 baş iribuynuzlu, 429 baş xırdabuynuzlu heyvanda brusellyoz xəstəliyi aşkar edilib.

Bu barədə məlumatı Dövlət Baytarlıq Xidməti yayıb.

Xidmət bildirir ki, həssas heyvanlar arasında brusellyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə bu il 949943 baş iribuynuzlu, 147919 baş xırdabuynuzlu heyvanlardan qan nümunəsi alınıb və baytarlıq laboratoriyalarında seroloji müayinə aparılıb.

Xəstə heyvanlar brusellyozun təlimatına uyğun zərərsizləşdirilərək təsərrüfatlardan çıxarılıb.

Cari ilin 7 ayı ərzində vərəmə qarşı 538657 baş iribuynuzlu, manqoya qarşı 56954 baş təkdırnaqlı heyvan müayinə olunub və xəstə aşkar olunmayıb.
XS
SM
MD
LG