Keçid linkləri

2026, 17 Aprel, cümə, Bakı vaxtı 02:37

Zaqatala Dövlət Qoruğunda çətənə kolları aşkar edilib

Foto arxiv
Foto arxiv
Ötən gün Zaqatala Dövlət Təbiət Qoruğunda narkotik maddə olan çətənə bitkisi aşkar edilib.

ANS PRESS-in Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadla verdiyi məlumata görə, qoruğun əməkdaşları Gərəkli sahəsinin 04 saylı dolayında 0.03 hektar sahədə xüsusi çətənə kolları aşkar ediblər.

Araşdırma zamanı cətənə kollarına aqrotexniki qaydada qulluq edildiyi müəyyən edilib.

Faktla bağlı Balakən rayon polis şöbəsində araşdırma aparılır.
This item is part of
XS
SM
MD
LG