Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:36

Xəzərdə itkin düşən gəmi kapitanının meyiti tapılıb


Xəzərin Azərbaycan sektorunda itkin düşən gəmi kapitanının meyiti tapılıb.

Bu barədə APA-ya Suraxanı Rayon Prokurorluğundan bildirilib. Xəzər Dəniz Neft Donanmasına məxsus gəminin kapitanı, 1959-cu il təvəllüdlü Fəxrəddin Əkbərovun meyiti dənizdən çıxarılaraq ekspertizaya göndərilib. Onun gəmidə olan qayığı bağlayarkən başından aldığı zərbənin təsirindən dənizə düşərək boğulduğu ehtimal olunur.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev baş vermiş hadisə ilə bağlı rəsmi məlumatın yayılacağını bildirib.

Faktla bağlı araşdırma aparılır.

Hadisə dünən «Bahar» neft yatağı yaxınlığında baş verib. Xəzər Dəniz Neft Donanmasına məxsus gəminin kapitanı, 1959-cu il təvəllüdlü Fəxrəddin Əkbərov ehtiyatsızlıqdan dənizə yıxılıb.
XS
SM
MD
LG