Keçid linkləri

2017, 21 Oktyabr, şənbə, Bakı vaxtı 16:09

Zərdüşt Şəfinin kitabı çap edilir, xatirəsinə sayt yaradılır


Zərdüşt Şəfi
-

Avqustun 3-də dünyasını dəyişmiş gənc yazar Zərdüşt Şəfinin xatirəsinə sayt yaradılır.

Yazarın 40 mərasiminədək istifadəyə verilməsi nəzərdə tutulan sayt, mərhum yazarın dostlarının təşəbbüsü ilə yaradılacaq.

Saytın redaktoru Alik Əlioğlu bildirib ki, on beş gün ərzində texniki işlər, dizayn məsələləri tamamlanacaq.

“Artıq saytı qeydiyyatdan keçirmişik, dizayn işi üçün dostlarla bir araya gəlib məsləhətləşməliyik. Çalışırıq ki, Zərdüştün xatirəsinə yaradılmış saytın texniki tərtibatı yüksək səviyyədə olsun. Sayta yazar dostumuzun bioqrafiyasını, “Başqa adamlar” kitabının elektron variantını yerləşdirəcəyik. Bundan başqa videoları, Zərdüşt Şəfinin şeirlərinə bəstələnmiş mahnıları, dostlarının xatirə yazılarını da saytdan oxuya, izləyə biləcəyik. Saytın ünvanı “Zerdushtshefi.com olacaq”.

Zərdüşt Şəfinin şeirlərindən ibarət kitab da buraxılacaq. Kitabın “525-ci kitab” seriyasında nəşr olunması nəzərdə tutulub. Kitabın tərtibçisi Qismətin sözlərinə görə, təklif Yazıçılar Birliyinin katibi Rəşad Məciddən gəlib.

Rəşad Məcid “Oxu zali”na bildirib ki, mərhumun 40 mərasiminədək kitabın nəşr olunmasına çalışır. “Zərdüşt Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü idi. Onun xatirəsinin əbədiləşməsi üçün Yazıçılar Birliyi səviyyəsində əlimizdən gələni edəcəyik. Dostlarının, yaxınlarının nə təklifi varsa, bildirsinlər. Sentyabr ayında Yazıçılar Birliyində Zərdüştün xatirə gecəsini də keçirəcəyik”.

Xatırladaq ki, Zərdüşt Şəfi 1986-cı ildə Bakıda anadan olub. Yazar qan xərçəngindən əziyyət çəkirmiş, Qəbələ rayonunu Bum qəsəbəsində dünyasını dəyişib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG