Keçid linkləri

2025, 19 May, Bazar ertəsi, Bakı vaxtı 03:18

ABŞ Belarusla münaqişədə İsveçi müdafiə edəcəyini deyir


ABŞ Belarusda insan haqlarının müdafiəsi məsələsində İsveçi tək qoymayacağını bəyan edib.

ABŞ Dövıət Departamenti dünən bəyan edib ki, son hadisələr Belarusu daha da beynəlxalq aləmdən təcrid vəziyyətə sala bilər və Vaşinqton bundan narahatdır.

Son vaxtlar Stokholmla Minsk arasında münasibətlər kəskin pisləşib.

Belarus dünən qalan diplomatlarını da Stokholmdan geri çağırıb.

Münasibətlərin gərginləşməsinə səbəb ötən ay isveçli pilotun kiçik təyyarə ilə Belarus sərhəddini pozması və ölkə ərazisinə soz azadlığı ilə bağlı vərəqə və oyuncaqlar yayması olub.
XS
SM
MD
LG