Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:58

Madonna: "İncəsənət siyasi olmalıdır"


Amerikanın pop ulduzu Madonna “Pussy Riot” qrupunun üzvlərinin tezliklə azad olunacağına ümid etdiyini bildirib.

Madonna Moskvada konsert ərəfəsi Reuters agentliyinə deyib:

“Mən senzuranın əleyhinəyəm. Bütün karyeram boyu mən ifadə azadlığını, söz azadlığını təbliğ etmişəm. Mənim fikrimcə, musiqiçilərlə baş verənlər ədalətsizdir.”

Madonna daha sonra deyib: “Mənim fikrimcə, incəsənət siyasi olmalıdır. Bütün tarix boyu incəsənət cəmiyyətdə baş verənləri əks etdirib. Mənim üçün artist olmaqla siyasi olmağı bir –birindən ayırmaq çox çətindir”.
XS
SM
MD
LG