Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:20

Prokuror “Pussy Riot”çulara 3 il cəza istəyib


“Pussy Riot” qrupunun bu günkü məhkəməsində dövlət ittihamçısı qrup üzvləri - Maria Alyokhina (24), Nadezhda Tolokonnikova (22) və Yekaterina Samutsevichin (29) 3 il azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror bildirib ki, onlara qarşı irəli sürülən xuliqanlıq ittihamı sübut olunub.

“Pussy Riot”un üzvləri Moskvanın ən böyük kilsəsində Kremlə və yeni seçilmiş prezident Putinə qarşı musiqili etiraz aksiyası keçirmişdi. Bu ilin fevralında kilsədə “Məryəm ana, Putini qov” məzmunlu “pank-dua” etmişdilər. Onlar bu dua-mahnını oxuyub qurtarmamış kilsənin xidmətçiləri onları mehrabdan uzaqlaşdırmışdı.

Prokurordan sonra müdafiəçilər çıxış edəcək.

Onlar ittiham üzrə özlərini təqsirli bilmirlər.
XS
SM
MD
LG