Keçid linkləri

2026, 30 Aprel, cümə axşamı, Bakı vaxtı 15:16

«Royal Bank» əmanətçilərinə 7 milyona yaxın kompensasiya verilib

Əmanətlərin Sığortalanması Fondu avqust ayının 1-dən «Royal Bank» ASC-nin əmanətçilərinə kompensasiya ödənişinə başlayıb. Bu barədə Fondun saytında məlumat verilir.

Məlumatda qeyd olunur ki, seçilmiş üç agent bank tərəfindən 550 əmanətçiyə əmanəti üzrə kompensasiya artıq ödənilib.

Ümumilikdə cəmi 6,727,186 AZN kompensasiya verilib.

Əmanətlərin Sığortalanması Fondu bildirir ki, müraciət edən əmanətçilərin arasında 248 əmanətçi problemli müştəri kimi qeydə alınmışdı və həmin əmanətçilərin bir qisminin problemləri araşdırılaraq öz həllini tapıb.
This item is part of
XS
SM
MD
LG